ABŞ-da MKİ ilə polisin qeyri-qanuni əməkdaşlığına dair araşdırmalara başlanıb
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Nyu-York polisi ilə öz əməkdaşları arasında olan gizli əməkdaşlığa və kəşfiyyat mübadilələrinə dair araşdırmalara başlayıb. SİA bu barədə Associated Press agentliyinə istinadən xəbər verir.
Agentliyin jurnalistləri apardıqları səkkiz aylıq araşdırmalardan sonra belə qənaətə gəliblər ki, polisin yardımı ilə MKİ əməkdaşları ştatın müsəlman icması və tələbələri ilə əlaqələr qurub və icma nümayəndələrindən bir neçə nəfəri rəsmi kəşfiyyat qurumunun daxilində qeyri-rəsmi olaraq işləyib. Belə ki, kəşfiyyatçılar kafelərdə və restoranlarda asudə vaxtlarını keçirən Nyu-York sakinlərinin danışıqlarını dinləyir və gündəlik hesabatlar hazırlayırdılar. Polis həmçinin 28 ölkədən olan afroamerikan müsəlmanlarının siyahısını tərtib edib ki, onlar bu insanların müxtəlif təşkilatlarda işlədiklərini müəyyənləşdiriblər.
Xatırladaq ki, MKİ-nin vəzifəsi xarici ölkə vətəndaşlarına nəzarət etməkdən və xarici təşkilatların fəaliyyətini izləməkdən ibarətdir. ABŞ-ın daxilində vətəndaşlara qarşı xəfiyyəlik etmək qeyri-qanuni hesab edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB