Balta ilə uşaq bağçasına hücum edib

Balta ilə uşaq bağçasına hücum edib
Çində əlində balta olan şəxsin uşaq bağçasına etdiyi hücum nəticəsində ikisi xəsarət almaqla, dörd nəfər həyatını itirib. SİA Agence France-Presse agentliyinə istinadən xəbər verir ki, hücum bu gün səhər saatlarında baş verib. Ölənlərin siyahısında bir körpə uşaq və üç nəfər yaşlı şəxs var ki, onlardan biri valideyin, digərləri isə bağçanın müəllimələridir. Daha bir nəfər körpə və böyük şəxs ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə Xenyan vilayətinin Qunyi şəhərində baş verib.

Çinin şəhərlərində bu kimi hadisələr artıq ənənə şəkli alıb. Belə ki, 2010-cu ildə müxtəlif şəhərlərdə bu kimi 6 hadisə qeydə alınıb ki, nəticədə 20 nəfər insan həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB