Kabil özünə gəlir
Əfqanıstanın paytaxtı Kabil şəhəri taliblərin xarici səfirliklər yerləşən rayona hücumlarından sonra özünə gəlib. SİA Vesti.ru-ya istinadən xəbər verir ki, taliblər hücum zamanı qumbaraatanlardan və ağır artileriyalardan istifadə edərək, hökumət binaları ilə yanaşı xarici səfirliklərin də binalarını atəşə tutublar. Bir neçə raket isə bilavasitə ABŞ səfirliyinin yaxınlığında partlayıb.

Taliban terrorçuları yalnız çərşənbə günü axşam saatlarında polis və hərbçilərin güclü əks-hücumu nəticəsində geri çəkilməyə məcbur olublar. Həmin ərəfədə hökumət qüvvələrinin 7 hərbiçisi həlak olub, 15-i isə yaralanıb.

Əfqanıstan DİN-indən isə məlumat verilib ki, mülki əhali arasında da tələfatlar olub. Eyni zamanda Kabilin ən həssas rayonunda baş verən hadisə nəticəsində bir nəfər də olsun trerrorçu ələ keçirilməyib. Onların anidən gizlənməyə müvəffəq olduqları bildirilir.

Rəsmi Vaşinqton isə həmin dəqiqələrdə senatorlarla Əfqanıstanın təhlükəsizlik güclərinə ayırdıqları vəsaitdən bir milyard yarım dolları ixtisar etməyi razılaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com