Bü gün Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin ad günüdür. Dmitri Medvedev 1965-ci il sentyabr ayının 14-də Rusiyanın Sankt-Peterburq şəhərində ziyalı ailəsində anadan olub. Atası Anatoli Medvedev Leninqrad Texnologiya İnstitutunun professoru, anası Yuliya Venyaminova isə Leninqrad Pedoqoji İnstitutunun müəllimi olub. Dmitri ailənin yeganə övladıdır.
Dmitri Medvedev 1987-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini, 1990-cı ildə isə həmin universitetin aspiranturasını bitirir.
Tələbəlik illərində rok musiqisinə maraq göstərən Dmitri, ( onun sevimli rok qrupları "Black Sabbath" və "Ossi Osborn" idi ) bununla yanaşı, idmanın ağır atletika növündə də özünü sınayıb. Dmitri Medvedev 1990-cı ildən 1999-cu ilə qədər Sankt-Peterburq Dövlət Universitetində pedaqoq kimi fəaliyyət göstərir. Digər tərəfdən, Sankt-Peterburq Şəhər Sovetinin sədri Anatoli Sobçakın müavini, Sankt-Peterburq meriyasının xarici əlaqələr komissiyasının sədri Vladimir Putinin rəhbərlik etdiyi komissiyanın eksperti olur.
Dmitri Anatolyeviç Medvedev Rusiya dövlət və siyasi xadimi, Rusiya Federasiyasının 2 mart 2008-ci ildə seçilmiş üçüncü Prezidenti, RF Silahlı Qüvvələrinin Ali Baş Komandanı, RF Təhlükəsizlik Şurasının Sədri, hüquq elmləri namizədi, dosent, Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsinin fəxri doktorudur.
46 yaşını qeyd edən Dmitri Medvedev son yüz ildə Rusiyanın ən cavan Prezidenti və dünyanın da 5 ən gənc liderlərindən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB