Talibançıların Kabildəki hökumət binalarına intihar hücumları başlayıb

Talibançıların Kabildəki hökumət binalarına intihar hücumları başlayıb
Əfqanıstanın paytaxtı Kabildə səfirliklər olan rayonda bir neçə partlayış və atışma olub. SİA RİA "Novosti"yə istinadən xəbər verir ki, "Taliban" hərəkatı qumbaratanlarla, avtomat silahlarla və intiharçı gödəkçələri ilə silahlanaraq, hökumət binalarına kütləvi hücum ediblər. Polis ABŞ və digər ölkələrin səfirliklərinə yolu bağlayıb. İtkilər barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə