Pakistanda məktəbli avtobusuna hücum təşkil edilib

Pakistanda məktəbli avtobusuna hücum təşkil edilib

Pakistanın şimal qərbindəki Peşəvər şəhərində məktəb avtobusuna silahlı hücum olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Matani rayonunda baş vermiş hadisə nəticəsində 5 nəfər ölüb. Onlardan 3-ü şagird, biri müəllim, biri isə sürücüdür. Bu arada 5 nəfər uşaq da silahlı hücuma məruz qalaraq yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə