Kanadanın bir müddət əvvəl fəaliyyəti dayandırılan Liviyanın paytaxtı Tripolidəki səfirliyi yenidən işə başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Kanadanın Tripoli səfiri Sandra McCardell ilə bir qrup diplomat keçən həftənin sonu Tripoliyə gedərək artıq fəaliyyətə başladığını rəsmən təsdiqləyib.
Xatırladaq ki, Kanada mart ayında NATO daxilində başlanan Liviya əməliyyatına əsgər gücü ilə qatılıb. Həmin vaxt da Kanada baş naziri Stefan Cozef Harper ölkəsini ordu gücü ilə Liviyadakı əməliyyat başa çatanadək uzadılacağını bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB