Timoşenkonun məhkəməsində fasilə

Timoşenkonun məhkəməsində fasilə

Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun məhkəmə prosesinə sentyabrın sonuna qədər fasilə verilib. SİA-nın "Ria.Novosti" yə istinadən verdiyi xəbərə görə, məhkəmə prosesində fasilə Y.Timoşenkonun şikayəti əsasında elan olunub.

Belə ki, ittiham olunan bildirib ki, məhkəmə debatlarına hazırlaşmağa və işin materialları ilə tanış olmağa vaxtı çatmır. Baş nazir və onun vəkilləri dəfələrlə iş materialları ilə tanış olmaq üçün onlara əlavə vaxtın ayırılması barədə müraciətlər etmişdi.

Məhkəmə dinləmələri sentyabrın 27-nə qədər təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə