Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Şimali
Afrikaya dörd günlük rəsmi səfərə yola düşüb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğanın səfərinin ilk dayanacağı Qahirədir. O, hazırda Misirdə
hakimiyyət başında olan hərbi şuranın feld-marşalı Məhəmməd Hüseyn Tantavi və baş
nazir Essam Şərəflə görüşəcək. Baş nazirin Ərəb Liqasının yığıncağı
zamanı özünün xarici siyasəti barədə danışacağı və prezident Hüsni Mübarəki
istefa verməyə məcbur edən gənc siyasi liderlərlə görüşəcəyi gözlənilir.
Ərdoğanın Tunisə gedəcəyi, daha sonra isə Liviyanın müvəqqəti hökumətinin başçısı
ilə görüşəcəyi də planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB