Böyük Britaniyada minlərlə ev "Katya" fırtınasından sonra elektrik naqillərinin qırılması səbəbindən işıqsəz qalıb. SİA məlumatı Sky News-a istinadən yayıb.
Məlumatda həmçinin qeyd edilir ki, "Katya" fırtınası Böyük Britaniya ilə İrlandiya arasında üzən gəmilərin hərəkətinə ciddi əngəllər yaradıb. Məhz buna görə, reyslərin hamıdı təxirə salınıb. Güclü küləyin ağacları şosse yollarına və dəmiryol xətlərinə yıxdığı üçün quru nəqliyyatının hərəkətində də məhdudiyyətlər yaranıb.
Bu dəqiqələrdə verilən xəbərlər arasında İngiltərənin şimal-şərqindəki Darem qraflığında ən azı bir nəfərin öldüyü bildirilir. Polisin verdiyi məlumata görə, həmin şəxs mikroavtobusun sürücüsüdür. Mikroavtobusun üzərinə aşan ağac sürücünün ölümünə səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB