Taliblər vaxtilə ABŞ-a Üsamə Ben Ladeni birlikdə mühakimə etməyi təklif ediblər
Taliblər ABŞ-da baş vermiş 11 sentyabr hadisələrinə qədər bu ölkə ilə birlikdə "Əl Qaidə" terror təşkilatının rəhbəri Üsamə Ben Ladeni mühakimə etməyi təklif edibmişlər. Bu barədə "Əl Cəzirə" kanalına müsahibə verən Vəkil Əhməd Mütəvəkkil deyib.
SİA ərəb mətbuatına istinadən xəbər verir ki, V.Ə.Mütəvəkkil Taliblərin hakimiyyəti dövrü onların xarici işlər nazirliyini təmsil edib. Eyni zamanda bildirilib ki, taliblər ABŞ-a müxtəlif bu tipli təkliflər irəli sürməklə əməkdaşlıq etmək arzusunda olduqlarını bildiriblər. Lakin ABŞ bundan imtina edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB