Böyük Britaniya \"Katya\" qasırğasının “yolunu gözləyir”

Böyük Britaniya \"Katya\" qasırğasının “yolunu gözləyir”
Böyük Britaniyada yeni qasırğa barədə xəbərdarlıq edilib. BBC-nin məlumatına istinadən SİA xəbər verir ki, \"Katya\" qasırğası artıq adaların üzərində əsməyə başlayıb. ABŞ-ın Milli Metereoloqlar Mərkəzinin alimləri belə hesab edirlər ki, \"Katya\" qasırğası güclü yağışlar gətirə bilər. Küləyin isə sürəti saniyədə 33 metr sürətlə əsəcəyi bildirilir. Dalğaların hündürlüyü 2 metr həddini aşacaq ki. bu da təhlükəli meyarlarla ölçülür. Ölkənin şimalında işləyən bərələr artıq öz fəaliyyətlərini dayandırıblar. Əhaliyə isə küçələrə çıxmamaq tövsiyyəsi verilib. Onlara deyilib ki, ağacların aşması təhlükəsi yaşana bilər.
"The Daily Telegraph" isə xəbər verir ki, Şotlandiyanın şimal-qərbində selin yaşanması gözlənilir. Təhlükə altında sahilyanı Yorkşir qrflığı və digər yerlər qalmaqdadır. İngiltərənin cənubunda da \"Katya\" qasırğasının əsəcəyi bildirilir. Lakin orada küləyin saniyədə 22 metr sürətlə hərəkət edəcəyi məlumat verilib.
Xatırladaq ki, qasırğa Atlantik okeanının və Afrika sahillərinin daxilindən baş qaldırıb. Sonradan isə ABŞ sahillərinə qədər istiqamət götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə