İranda Buşer AES-i işə düşdü
SİA İTAR-TASS-a istinadən xəbər verir ki, Buşer Atom Elektrik Stansiyası işə düşüb. Bu stansiya həm ölkədə, həm də Yaxın Şərqdə ilk AES-dir.
Hazırda enerji bloku 35-40 faiz gücüylə işləyir. Stansiyanın üç aydan sonra tam gücü ilə işə düşəcəyi xəbər verilir. Buşer AES-inin rəsmi açılışı 2010-cu ilin 21 avqustunda işə düşüb. 2011-ci ilin 23 avqustunda isə birinci enerji bloku işə salınıb. Stansiyanın tikintisinə 1975-ci ildə start verilib. Lakin İnqilab nəticəsində alman şirkəri sazişdən kənara çıxıb. 1992-ci ildə yenidən AES-in tikintisi davam etdirilib və 1998-ci ildən Rusiyanın ATOMSTROYEKSPORT şirkəti buraya cəlb edilib.
AES-in açılışına Rusiyanın və İranın yüksək çinli şəxsləri də qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə