Rəsmi London Rusiya xüsusi xidmət orqanları ilə işbirliyindən imtina edib
Böyük Britaniya RF-nin xüsusi xidmət orqanları ilə dondurduğu iş birliyinə yenidən baxmayacaq. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, rəsmi London bu qərarını Rusiya FTX-nin əməkdaşı Aleksandr Litvinenkonun öldürülməsindən sonra dəqiqləşdirib. Bu barədə RİA Novostiyə İngiltərənin baş naziri Devid Kemeron deyib. Lakin baş nazir onu da əlavə edib ki, xüsusi xidmət orqanları istisna olmaqla, London rəsmi Moskva ilə təşkil olunmuş cinayətkarlığa qarşı əməkdaşlıq etmək fikrindədir.
Ancaq RF Prezidenti Dmitri Medvedev bildirib ki, Rusiya yalnız bu istiqamətdə əməkdaşlığı az hesab edir və bütün bunlarla yanaşı xüsusi xidmət orqanlarının da əməkdaşlığına hər zaman ehtiyac duyulmuşdur. "Biz müxtəlif variantları müzakirə etməyə hazırıq", - deyə RF Prezidenti qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB