Çin, Misir və İndoneziyada baş verən yol qəzalarında 33 nəfər ölüb
Çinin Anxoy əyalətində ağır yol-nəqliyyat qəzası baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, əyalətin Maanşan şəhəri yaxınlığında sərnişin avtobusu yol kənarında dayanmış yük avtomobilinə çırpılıb. Nəticədə, avtobusda olan 36 nəfərdən 9-u ölüb, 27 nəfər isə xəsarət alıb.
Anoloji hadisə Misirin Kena-Soxaq avtomobil yolunda baş verib. Sərnişin avtobusu ilə yük avtomobilinin toqquşması 15 nəfərin ölümünə səbəb olub. Xəsarət alanların olduğu bildirilir.
Eyni zamanda İndoneziyada da çoxsaylı insan tələfatı ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Şərqi Yava vilayətində iritutumlu sərnişin avtobusu mikroavtobusla toqquşub. Nəticədə 19 nəfər ölüb, 11 nəfər yaralanıb. Hadisə yerində müvafiq işlər görülüb. İlkin ehtimala görə, qəzaya texniki nasazlıq səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB