Əlcəzair rəhbərliyi Liviyada qurulacaq yeni hökuməti rəsmi olaraq tanıyacağını açıqlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Əlcəzair xarici işlər naziri Mourad Medelci dünən gecə saatlarında təşkil edilən bir mətbuat konfransında etdiyi çıxışda \"Liviya xalqının hər seqmentini təmsil edən\" bir hökumətin qurulmasını gözlədiklərini qeyd edib: "Liviyanın keçmiş lideri Muəmmar Qəddafinin onun həyat yoldaşı, qızı və iki oğulunun Əlcəzairə sığınmasından sonra Liviyadakı müxaliflərlə Əlcəzair rəhbərliyi arasındakı əlaqələr çıxılmaz vəziyyətdə idi".
Xarici işlər naziri Medelci iki ölkə arasındakı əlaqələrin son iki həftədə sürətlə inkişaf etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB