\"Facebook\" istifadəçisi Ağ evi hədələyib

\"Facebook\" istifadəçisi Ağ evi hədələyib
Amerika xüsusi xidmət orqanları Ağ evin \"facebook\" səhifəsində hədələmə məktubu ilə bağlı araşdırmalara başlayıblar. SİA xəbər ki, bu barədə ABŞ-ın nüfuzlu NBC Washington xəbər xidməti məlumat verib.
İstifadəçi səhifədəki Ağ ev rəsminin üzərində Üsamə Ben Ladenin şəklini yerləşdirib və ərəb dilində yazıb: "Biz ABŞ-a bir günlük də olsa geri dönəcəyik. Həmin gün istənilən ilin 11 sentyabrı olacaq". O, Ağ evə qonaq gedəcəyini də istisna etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə