Texasda baş verən meşə yanğınları nəticəsində 22 nəfər itkin düşüb
Texasda baş verən meşə yanğınları nəticəsində 22 nəfər insandan hələ də xəbər yoxdur. SİA "Reuters" agentliyinə istinadən xəbər verir ki, budəfəki yanğınlar ştat tarixi ərzində ən böyük fəlakət kimi dəyərləndirilib. Ştatın Bastrop dairəsinin rəisi Terri Pikerinq deyib ki, evakuasiyadan kənar qalmış 22 nəfər vətəndaş Texas ərazisində olmaya da bilər. Rəis bunu onların ezamiyyətə və ya başqa şəhərlərə getmələri ehtimalı ilə əlaqələndirib.
Texas yanğınları nəticəsində artıq 1554 yaşayış yerinin tamamilə yanaraq külə döndüyü bildirilir. Bu, ştatın tarixində rekord rəqəmdir. Ştatın qubernatoru Pik Perri isə deyib ki, xüsusi fonddan 250 min dollar ayrılacaq ki, evlərini itirmiş vətəndaşlar müvəqqəti olaraq otellərdə yerləşdirilsinlər. Meşə yanğınları ilə mübarizəyə 2 minə qədər yanğınsöndürən cəlb olunub. Onlar var gücləri ilə çalışaraq yanar ocaqların söndürülməsinə nail ola biliblər. Əgər həmin ocaqlar sentyabrın 9-da 509 kv.km-ri təşkil edirdisə, ayın 11-də bu rəqəm 138 kv.km-ri əhatə edib.
Xatırladaq ki, yanğnların əmələ gəlməsi Texas ştatında yaranmış görünməmiş quraqlıq nəticəsində əmələ gəlib. Yerli ekstremal xidmət rəsmiləri isə bildirirlər ki, yanğınları ən geci sentyabrın 13-nə qədər söndürmək lazımdır. Belə ki, həmin gün Texasda güclü külək gözlənilir ki, bu da vəziyyətin yenidən pisləşməsinə gətirib çıxara bilər.
Daha öncələr isə məlumat verilirdi ki, dörd nəfərin ölümü ilə nəticələnən yanğına yerli yeniyetmələrin xuliqanlığı səbəb olub. Hətta bununla bağlı iki yeniyetmə gənc və qız uşağı axtarışa verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB