Türkiyədə 5 nəfər terrorun qurbanı oldu

Türkiyədə 5 nəfər terrorun qurbanı oldu

Türkiyənin Hakkari vilayətində PKK terrorçularının törətdiyi hücum nəticəsində bir hərbçi, bir polis və 3 mülki vətəndaş ölüb. 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə vilayətin Şemdinli rayonunda polis bölməsinə və jandarm hərbi hissəsinə eyni vaxtda həyata keçirilən hücum nəticəsində baş verib.
Atışmadan sonra hadisə yerindən qaçan terrorçuların zərərsizləşdirilməsi üçün ərazidə "Cobra" helikopterlərinin dəstəyi ilə quru əməliyyatı başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə