11 sentyabr hadisələrinin 10-cu ildönümü də terrorsuz ötüşməyib. Əfqanıstanda terrorçu-kamikadze NATO-nun hərbi postunda özünü partladıb. Nəticədə 77 ABŞ əsgəri yaralanıb. İki dinc sakinin isə öldüyü bildirilir.
ABŞ ordusunun mayoru Devid İstbernin açıqlamasına görə, hadisə Vardak əyalətində baş verib. Partlayış zonasında 90-a yaxın adam olub. Partlayışa görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB