ABŞ-ın bəzi şəhərlərinin polisi son günlər qaçırılmış mikroavtobusları axtarır. Asayiş keşikçiləri ehtimal edirlər ki, terrorçular 2001-ci ilin 11 sentyabr terror aktlarının ildönümündə bu mikroavtobuslardan hücumlar üçün istifadə edə bilərlər.
SİA-nın aldığı məlumata görə, yayda Üsəma bin Ladenin sığınacağında aparılan reyd zamanı aşkarlanan məlumatlara istinadən edən ABŞ hökuməti terror təhlükəsini bu həftənin cümə axşamı elan edib.
Yerli KİV-in məlumatına görə, Nyu-Yorkda avqustun sonlarında qaçırılmış üç avtobus xüsusi maraq predmedidir. Onlardan ikisi - yaşıl rəngdə olan mikroavtobuslar "Tully Construction" şirkətinə məxsusdur. Bu şirkət bazar günü əsas matəm tədbirlərinin keçiriləcəyi "Ground Zero"dakı işlərə cəlb edilib.
Bundan başqa, logistika şirkətlərindən birinin Arizona dövləi nömrə nişanlı iki mikroavtobusunu Vaşinqton ətrafında axtarırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB