Rusiya havası Abdullah Gülə düşmədi

Rusiya havası Abdullah Gülə düşmədi

Türkiyə prezidenti Abdullah Gülün qripə yoluxması səbəbindən Türkiyənin Kayseri, Tekirdağ ve Kırklareli şəhərinə ediləcək səfərlər təxirə salınıb. SİA-nın xəbərinə görə, prezidentin mətbuat xidmətinin yaydığı məlumatda Abdullah Gülün qripə yoluxduğu ve İstanbulda istirahət etdiyi bildirilib.

Enerji və təbii ehtiyatlar naziri Taner Yıldız da prezidentin səhhətinin yaxşı olmadığı üçün 3 gün ərzində gələ bilməyəcəyini ictimaiyyətə açıqlayıb. Onun sözlərinə görə, bu səbəbdən Gül 3 gün ərzində istirahət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə