Liviya üsyançıları Qəddafi tərəfdarlarının əlində olan Bani Valid şəhərinə daxil olublar

Liviya üsyançıları Qəddafi tərəfdarlarının əlində olan Bani Valid şəhərinə daxil olublar

Liviya üsyançıları döyüşlərlə Qəddafi tərəfdarlarının əlində olan Bani Valid şəhərinə daxil olublar.

Xarici agentliklərə istinad edən SİA xəbər verir ki, hal-hazırda şiddətli döyüşlər şəhərin mərkəzi küçələrində gedir.

Bani Validə hücum Qəddafi qüvvələrinin üsyançıların mövqelərini raket atəşinə tutduqdan sonra başlayıb.

Üsyançılar şəhərin ətrafına əlavə qüvvələr cəmləyirlər.


Bütün xəbərlər Facebook səhifəmizdə