İnterpol Qəddafini axtarır

İnterpol Beynəlxalq Cinayət Məhkəməsinin sorğusu əsasında Liviyanın sabiq lideri Müəmmar Qəddafinin həbsinə order verib. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, Qəddafi ilə yanaşı, onun oğlu Seyf əl-İslam və hərbi kəşfiyyat idarəsinin rəhbəri Abdulla Senussi barəsində də axtarış elan edilib. Hər üç şəxs bəşəriyyətə qarşı cinayətlər törətməkdə, qətllərdə və repressiyalarda günahlandırılıblar. Təşkilatın Liondakı mənzil-qərargahından verilən məlumata görə, İnterpol bununla Liviyanın Keçid Şurasının tanınması istiqamətində ilk addım atmış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə