NATO məhbusların təhvil verilməsini dayandırıb

NATO məhbusların təhvil verilməsini dayandırıb

NATO-nun başçılıq etdiyi koalisiya BMT-nin hesabatında işgəncəyə dair iddialarla əlaqədar məhbusların əfqan həbsxanalarına təhvil verilməsini dayandırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, koalisiya rəsmiləri bu yaxınlarda açıqlanacaq BMT hesabatındakı məlumatlar təsdiq edilənə kimi ehtiyat tədbirləri gördüklərini bildiriblər. Rəsmilər diqqəti işgəncə hallarının qeydə alındığı 8 həbsxanaya yönəldib.

NATO üç il ərzində təhlükəsizliyin təmin olunması missiyasını Əfqanıstan ordusuna və polisə təhvil verəcək. Alyans bu prosesin birinci mərhələsindədir.


Bütün xəbərlər Facebook səhifəmizdə