Həbsxananın psixoloqu girov götürülüb

Həbsxananın psixoloqu girov götürülüb
Azyaşlı dustaq Parisin Fleri-Meroji türməsində girov götürdüyü adamı jandarmalarla danışıqdan sonra buraxıb. Le Parisien agentliyinin xəbərinə istinadən SİA xəbər verir ki, insident nəticəsində heç kim zərər çəkməyib.
Xəbər verilir ki, azyaşlı cinayətkar başqa həbsxanadan Fleri-Merojiyə köçürülüb. Öncəki həbsxanada da bu kimi hadisə törədən cinayətkar bu səbəbdən oradan köçürülmüşdü. Girov götürülən isə həbsxananın psixoloqu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə