Barak Obama işsizliklə mübarizə konsepsiyasını hazırlayıb

Barak Obama işsizliklə mübarizə konsepsiyasını hazırlayıb
ABŞ prezidenti Barak Obama ölkədə işsizliyin aradan qaldırılması istiqamətində mühüm tədbirlər reallaşdırmaq iddiasındadır. Belə ki, o hazırda işsizliklə mübarizəni ehtiva edən konsepsiya hazırlayıb və onun tezliklə reallaşmasına çalışır.

SİA Associated Press agentliyinə istinadən xəbər verir ki, konsepsiyanın gerçəkləşməsinə 447 milyard dollar sərf ediləcək. Planda nəzərdə tutulub ki, yeni iş yerləri açılsın və işçilərə verilən əmək haqlarından tutulan vergilərin ödənişi azaldılsın. Həmçinin ayrılan puldan 35 milyard dolların həkim və müəllimlərin ixtisara düşməməsi istiqamətində xərclənəcəyi deyilir. 50 milyardın isə 6 milyonluq işsiz ordusunun saxlanılmasına xərclənəcəyi məsləhət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə