Nyu-York və Vaşinqtonda yeni “11 sentyabr” baş verə bilər

Nyu-York və Vaşinqtonda yeni “11 sentyabr” baş verə bilər
ABŞ-ın milli təhlükəsizlik nazirliyi 11 sentyabr hadisələrinin 10 illik anım günündə törədiləcək terror hadisəsi ilə bağlı məlumatlı olduğunu açıqlayıb. SİA bu xəbəri France-Presse agentliyinə istinad edərək verir.

Nazirlikdən rəsmi olaraq bildirilib ki, informasiya konkret və qəbul olunandır, lakin təsdiqlənməyib. Rəsmi hökumət dairələri vətəndaşları inandırmağa çalışıblar ki, onlar hər hansı terror hadisələrinin qarşısını alamaq üçün bütün imkanlardan istifadə edəcəklər.
"Associated Press" agentliyinin adını açıqlamayan mənbəsi isə xəbər verir ki, məlumat çərşənbə günü axşam əldə edilib və o qədər konkret olub ki, onu diqqətdən kənar saxlamaq mümkün olmayıb. İnformasiyalarda Nyu-York və Vaşinqton şəhərlərinin hədəfə alındığı barədə fikirlər yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə