ABŞ-da 1,4 milyon insan işıqsız qalıb

ABŞ-da 1,4 milyon insan işıqsız qalıb
Elektrik enerjisinin kütləvi halda kəsilməsi nəticəsində ABŞ-ın cənub-qərbində yaşayan 1,4 milyon insan qaranlıqda qalıb. SİA "Reuters" agentliyinə istinadən xəbər verir ki, enerjinin kəsilməsinə səbəb San Diego Gas and Electric (SDGE) şirkətində baş verən qəzadır.

Şirkətdən verilən məlumata görə, Kaliforniyanın cənubu və Arizonada, eləcə də Meksika ərazisində insanlar zülməyə qərq olublar. Hazaırda təmir briqadaları vəziyyəti düzəltməyə çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə