Türkiyə İsraili Beynəlxalq Ədalət Məhkəməsinə verəcək

Türkiyə İsraili Beynəlxalq Ədalət Məhkəməsinə verəcək

Türkiyə İsraili Beynəlxalq Ədalət Məhkəməsinə verəcək. SİA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Abdullah Gül \"Əl Ərəbiyə\" kanalına verdiyi müsahibədə deyib: "Biz İsrailin Qəzzaya tətbiq etdiyi blokada ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcəyik. Eyni zamanda son zamanlar mətbuatda İsrail vətəndaşlarının Türkiyədəki hava limanında alçaldıldığı barədə xəbərlər isə özündə heç bir həqiqəti ehtiva etmir".

A. Gül BMT-nin hazırladığı Palmer hesabatına etirazını bir daha bildirib və qeyd edib ki, İsrail ilə əlaqələri dondurmanın şəxsi qaynaqlarla heç bir əlaqəsi yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə