Rəcəb Tayyib Ərdoğan: “Qəzzaya yardım aparan gəmiləri Türkiyənin hərbi donanması müşayiət edəcək”

Rəcəb Tayyib Ərdoğan: “Qəzzaya yardım aparan gəmiləri Türkiyənin hərbi donanması müşayiət edəcək”

Qəzzaya yardım aparan gəmiləri Türkiyənin hərbi donanması müşayiət edəcək. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "Əl Cəzirə" telekanalına müsahibəsində deyib: "Bundan sonra humanitar yardım aparcaq gəmilərin "Mavi Mərmərə" kimi hücuma məruz qalmayacaq".

Çıxışının davamında türkiyəli diplomat İsrailin ünvanına daha sərt bəyantalar səsləndirib: "Türkiyənin dövlət tərbiyəsi, hərb tərbiyəsi belə şeylərə yol verməz. Bizim hədəflərimiz dünyada zülmün qarşısını almağa, məzlumun yanında olmağa yönəlib. Bu məzlum xalqı İsrail 15-16 gün bombardıman edib. Hal-hazırda çadırlarda yaşayan bu insanların ərzaqa, geyimə, dərmana, məktəbə, xəstəxanaya ehtiyacı var. Biz bu ölkədə hüququn bərqərar olmasını istəyirik. Biz Aralıq dənizinin təbii sərvətlərindən yalnız İsrailin istifadə etməsinə yol verməyəcəyik".

Ərdoğan həmçinin Suriyanın dövlət başçısı Bəşə Əsədlə bağlı ünvanlanan sualı da cavablandırıb: "Siyasi liderlər öz gələcəklərini ədalət üzərində təsis etməlidir, zülm üzərində deyil. Qanla iqtidar olmaz, qanla iqtidar olanlar qanla gedəcək\", - deyə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə