Boliviya və Avstraliyada baş verən aviaqəzada 11 nəfər itkin düşüb

Boliviya və Avstraliyada baş verən aviaqəzada 11 nəfər itkin düşüb

Boliviyada aviaqəza baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, içərisində 9 nəfərin olduğu \"Aerokon\" adlı aviaşirkətə məxsus sərnişin təyyarəsi radarlardan itib. Təyyarənin Santa-Krus-Trinidad reysi ilə hərəkət etdiyi bildirilir. Təyyarənin markası barədə məlumat verilmir. Hazırda həmin təyyarənin axtarışları aparılır.

Eyni zamanda Avstraliyanın Kvinslend ştatının sahilləri yaxınlığında aviaqəza baş verib. İçərisində 3 nəfərin olduğu vertolyot dənizə düşüb. Nəticədə, 1 nəfər ölüb. Hadisə yerinə cəlb olunmuş xilasedicilər tərəfindən digər iki nəfərin axtarışları aparılır. Qəzanın başvermə səbəbi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə