Moskvada, tikiş fabrikinin yerləşdiyi dördmərtəbəli binada yanğın qeydə alınıb. SİA-nın "RiaNovosti"yə istinadən verdiyi xəbərə görə, alovun 2000 kv.m sahəni əhatə etdiyi bildirilir. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər 2 nəfəri xilas etməyə müvəffəq olub.
Tələfat və xəsarət alanlar barədə məlumat verilmir. Yanğınla mübarizəyə xeyli sayda canlı qüvvə və texnika, o cümlədən 2 helikopter cəlb olunub. Yanğının başvermə səbəbi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB