NATO-nun hədəfi yalnız Qəddafinin ələ keçirilməsi deyil

NATO-nun hədəfi yalnız Qəddafinin ələ keçirilməsi deyil
"Bizdə Qəddafinin harada olması barədə məlumatlar yoxdur. Buna baxmayaraq NATO-nun hədəfi yalnız Qəddafinin ələ keçirilməsindən ibarət deyil", - deyə Şimali Atlantik Alyansının rəhbəri Anders foq Rassmussen bildirib. Baş katib onu da qeyd edib ki, Liviya ərazisindəki əməliyyatlar ölkədə təhlükə sovuşana qədər davam edəcək.
Döyüşlər isə hələ də davam etməkdədir. Siirt artıq "alınmaz qala"ya çevrilib. SİA xarici informasiya agentliklərinə istinadən xəbər verir ki, Bəni-Vəlid şəhəri də hələ ki, Qəddafi tərəfdarlarının əlindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə