Associated Press agentliyinə istinad edərək SİA xəbər verir ki, İran lideri sentyabrın 7-də Portuqaliya televiziyasına müsahibə verərkən bu ifadələri işlədib. O, eyni zamanda qeyd edib ki, hərbi əməliyyatlar hər dəfə düzgün qərar kimi qəbul edilmir. Əhmədinecad həmçinin söz verib ki, əgər Bəşər Əsəd islahatlara başlasa Suriya dövlətinə istənilən yardımı etməyə hazırdır.
"Suriya dövləti digər dövlətlər kimi xalqın azadlıq arzularına hörmətlə yanaşmalıdır", - deyən İran rəhbəri vurğulayıb ki, ölkə problemləri məhz ölkə rəhbərliyi tərəfindən həll edilməlidir. Xatırladaq ki, ABŞ və digər qərb dövlətləri İranı Bəşər Əsəd rejiminə kömək etməkdə günahlandırırdılar. Əhmədinecad isə, ABŞ və İsraili müxalifətçiləri qızışdırmaqda ittiham edib.
Bir sıra siyasi ekspertlər isə hesab edirlər ki, Əsəd rejiminin yıxılması İranın Yaxın Şərqdəki mövqelərinin zəifləyəcəyini deyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB