Türkiyə və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
Türkiyə prezidenti Abdullah Gül bu gün Rusiya Federasiyasına səfər edəcək. Dövlət başçısı burada Rusiya prezidenti Dmitri Medvedevin qonağı olaraq Yaroslav şəhərində bu il üçüncüsü dəfə təşkil edilən Qlobal Siyasət Forumuna qatılacaq.
SİA-nın "Zaman" qəzetinə istinadən məlumatına görə, Türkiyə və Rusiya prezidentləri burada Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. Qarabağ problemi ilə yanaşı dövlət başçıları İranın nüvə proqramı, Əfqanıstan və digər ölkələrdə vəziyyət ilə bağlı məsələləri gündəmə salacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB