ABŞ-da meşə yanğınları davam edir

ABŞ-da meşə yanğınları davam edir

ABŞ-ın Texas ştatında meşə yanğını tüğyan edir. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, ölkənin cənub hissəsində qeydə alınmış 57 yanğın ocağı ümumilikdə 40 min hektar sahəni əhatə edib. Bildirilir ki, alov 1000-dən artıq yaşayış evini yararsız hala salıb. Həmin ərazilərdə yaşayan insanlar təxliyyə olunub.

İlkin məlumata görə, 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Güclü külək və quru hava şəraiti alovun surətlə yayılmasına səbəb olur. Mütəxəssislər təbii yanğını ölkənin cənubunda hava temperaturunun yüksək olması ilə izah edir. Belə ki, artıq bir neçə aydır ki, burada temperatur göstəricisi 40 dərəcədən aşağı enməyib. Yanğınla mübarizə davam edir. Hazırda yanğın 13 min ha sahədə müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə