Nyu-Dehlidəki terror aktının təşkilatçıları məlum olub

Nyu-Dehlidəki terror aktının təşkilatçıları məlum olub
Hindistanın Nyu-Dehli şəhərindəki terror aktının təşkilatçıları məlum olduğu barədə xəbərlər verilməkdədir. SİA Lenta.ru-ya istinadən xəbər verir ki, partlayışı \"Hərhətül Cihad İslami\" təşkilatı öz üzərinə götürüb. Hazırda təşkilat tərəfindən göndərilən məktubu Hindistanın xüsusi xidmət orqanları araşdırırlar.

Partlayış 12 il aradan sonra, Hindistanın baş naziri Manmoxan Sinqxin Banqladeşə səfəri zamanı törədilib. Həmin ərazidə isə adıçəkilən terror qruplaşmasının qərargahı yerləşdiyi bildirilir. BBC isə xəbər verir ki, qruplaşmanın rəhbəri İlyas Kəşmiri \"Əl-Qaidə\" rəhbərliyinə ən şansli namizədlərdəndir. Xatırladaq ki, Banqladeşdə yerləşən terror qruplaşmasının həm Hindistanda, həm də Pakistanda gizli qərargahları mövcuddur.
Qeyd edək ki, partlayış Nyu-Dehlidə səhər saatlarında törədilib və ərazidə həmin an insan kütləsinin toplaşdığı xəbəri verilir. Nəticədə 10 nəfər ölüb, 47 nəfər isə yaralanıb. Bombanın zənbildə gizlədildiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə