İran Türkiyəyə PKK ilə bağlı yardım göstərməkdən imtina edə bilər

İran Türkiyəyə PKK ilə bağlı yardım göstərməkdən imtina edə bilər

Türkiyə ərazisində NATO radarlarının yerləşdirilməsi Tehran - Ankara münasibətlərinə zərər vuracaq. SİA-nın "İRNA" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini İsmayıl Kosari bildirib: "Türkiyədən belə bir qərarın qəbul edəcəyini heç gözləmirdik. Daha öncəki hökumətlər NATO ilə belə bir razılığı qəbul etmədilər. Bəs AKP liderliyindəki İslami bir hökumət necə belə bir qərar qəbul edə bilir?".

İran rəsmisi Türkiyənin NATO raket əleyhinə müdafiə sistemi üçün radar qurğularının Türkiyə ərazisində yerləşdirilməsi barədə qərarın Ankara üçün heç də yaxşı olmayacağını hətta Türkiyə ilə münasibətləri yenidən nəzərdən keçirə biləcəklərini deyib: "İran PKK ilə əlaqəli problemlərini həll etsə də Türkiyənin belə bir problemi hələ də qalır və Türkiyənin son qərarından sonra İran Türkiyəyə PKK ilə bağlı yardım göstərməkdən imtina edə bilər"

Bütün xəbərlər Facebook səhifəmizdə