Hindistanın şimalında, Uttarkxand ştatında çoxsaylı insan tələfatı ilə nəticələnən yol-nəqliyyat qəzası qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə ştatın inzibati mərkəzi olan Dehradun şəhərindən 80 km aralıda, dağlıq ərazidə baş verib.
Sərnişin avtobusu yoldan çıxaraq Tons çayına aşıb. Nəticədə 15 nəfər ölüb, 29 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bildirilir ki, azı 8 nəfər itkin düşmüş hesab edilir. İlkin ehtimala görə, qəzaya sürücünün ehtiyatsızlığı səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB