Pakistan ərazisində bir neçə həftə davam edən aramsız yağışlar növbəti dəfə subasmaya səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin ayrı-ayrı əyalətlərində yaşayış evləri və əkin sahələri su altında qalıb, yollar yararsız vəziyyətə düşüb. Nəticədə 90 nəfər ölüb.
Hind çayında suyun səviyyəsi kritik həddə çatıb. Təhlükəsizlik təbirləri çərçivəsində 8 milyon insan yaşayış yerlərindən təxliyyə edilib. Hadisə bölgələrində müvafiq işlərin görülməsi davam edir. Sinoptiklər bildirir ki, yağışlı hava şəraiti daha bir neçə gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB