Müvəqqəti Keçid Şurası Tripoliyə Liviya tamamilə azad olduqdan sonra daxil olacaq
Ərəb informasiya agentliklərinə istinadən SİA xəbər verir ki, MKŞ-nin sədr müavini Əbdül Hafiz Quqa keçid şurasının Tripoliyə köçməsinə tələsmir. Belə ki, Liviya bütövlükdə Qəddafi rejimindən xilas olduqdan sonra MKŞ tam tərkibdə paytaxt Tripoliyə köçməyi planlaşdırır.Bu vasitə ilə o, müvəqqəti şuranın sədri Mustafa Əbdül Cəlilin daha öncə etdiyi çıxışına düzəlişlər edib.
Xatırladaq ki, şura sədri MKŞ-nin bütövlükdə Tripoliyə köçdüyünü bəyan etmişdi. Quqa onu da deyib ki, şura üzvləri Tripoliyə simvolik olraq səfər edəcəklər və gələcək palanları barədə paytaxtda müzakirələr aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB