Yuliya Timoşenko məhkəmədən xahiş edib

Yuliya Timoşenko məhkəmədən xahiş edib
Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko Kiyevin Peçersk rayon məhkəməsinə şifahi müraciət edib. O, məhkəmədən xahiş edib ki, onun işinə baxılması prosesində bəzi məsələlər təxirə salınsın. İTAR-TASS-sa istinadən SİA xəbər verir ki, Timoşenko təcili şəraitdə keçirilən məhkəmə iclaslarından narazıdır və vəkilləri müdafiə baxımından bir sıra çətinliklərlə üzləşirlər. "Mənim vəkillərimdən biri olan Yuri Suxov bir neçə dəfə məhkəmə iclasına gələ bilməyib. Çünki müdafiə çıxışını hazır etmək üçün verilən zaman çox az olub\", - deyə eks-baş nazir deyib.
Lakin məhkəmə onun bu xahişinə əməl etməməklə yanaşı hakim Hakim Rodion Kireyev bildirib ki, işin 2-3 gün təxirə salınmasına ehtiyac yoxdur
Məhkəmə həmçinin "qaz işi" məsələsini də tez başlamağı məsləhət bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə