Liviya ordusunun ağır texnikası Niger ərazisinə daxil olub

Liviya ordusunun ağır texnikası Niger ərazisinə daxil olub
SİA xarici mətbuata istinadən xəbər verir ki, Liviya ordusunun 250-dək ağır texnikası Nigerin şimalında yerləşən Aqades şəhərinə daxil olub. Ağır texnika ilə birlikdə Müəmmar Qəddafiyə sadiq qalan atıcı diviziya əsgərləri də ağır texnika ilə birlikdə Niget ərazisinə daxil olaraq növbəti əmri gözləyirlər. Texnikanın Nigerə Əlcəzair tərəfindən daxil olduğu bildirilir. Fransa xəbər agentliklərinin ehtimallarına görə, Müəmmar Qəddafi və oğlu Seyfül İslam da həmin əsgərlər arasındadır. Hərbi konvoyun sonuncu marşrutu Burkina-Faso ola bilər. Qeyd edək ki, bu dövlət Qəddafiyə və onun ailəsinə sığınacaq verməyə hazır olduğunu bildirmişdi.
Lakin bütün bu ehtimallara baxmayaraq, Qəddafinin mətbuat katibi Musa İbrahim Suriya telekanallarından birinə müsahibə verərkən deyib ki, polkovnik hələ də Liviya ərazisindədir. "Qəddafinin sağlığı əladır və ölkənin müdafiəsində şəxsən iştirak edir" deyə İbrahim bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə