\"Katya\" qasırğasının episentrində sürət saatda 215 km-i təşkil edir
\"Ayrin\", \"li\" və \"Talas\" qasırğalarının ardınca növbəti - \"Katya\" qasırğası Atlantika üzərindən əsməyə başlayıb. Lenta.ru-nun məlumatına istinadən SİA xəbər verir ki, \"Katya\" qasırğası 5 şkalalıq cədvəl üzrə 4 bal gücündədir və saatda 215 km sürətlə irəliləyir.
Qasırğanın episentri Bermud adalarından 725 km cənubda yerləşir. Mayami metereoloqları xəbər verirlər ki, \"Katya\" qasırğası quru əraziləri vurmayacaq. Lakin onun cüzi hissəsi ABŞ-ın şərq sahilləri üzərindən keçə bilər. Qasırğanın sahilyanı ərazilərdə insanlara zərər vura biləcəyi də istisna edilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB