Sky News telekanalının yaydığı informasiyalara istinad edərək SİA xəbər verir ki, bu gün səhər saatlarında Sidney məhkəmələrinin birində 11 yaşlı qız məhkəmə zalında girov götürülüb. Hadisənin Parramata rayon məhkəməsində baş verdiyi məlum olub. Şahidlər deyiblər ki, cinayətkar məhkəmə zalına vəkil parikində daxil olub. Daha sonra onun yarıçılpaq vəziyyətdə əlində tutduğu parikə tüpürdüyü və söyüş söydüyü deyilir. Australian Associated Press agentliyi isə xəbər verir ki, cinayətkarın kəmərinə partlayıcı bağlanıb və girov götürdüyü qızcığaz da onun öz doğma qızıdır. Lakin Yeni Zellandiya telekanalı TV ONE xəbər verir ki. cinayətkarın tutduğu insan qız uşağı deyil, oğlandır.
Hazırda Avstraliya polisi məhkəmə binasını mühasirəyə alıb və cinayətkar ilə telefon danışığı aparılır.
Hazırda Avstraliya polisi məhkəmə binasını mühasirəyə alıb və cinayətkar ilə telefon danışığı aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB