Liviya üsyançıları Qəddafi silahlıları ilə razılığa gəldilər

Liviya üsyançıları Qəddafi silahlıları ilə razılığa gəldilər
Liviya Müvəqqəti Keçid Şurasının döyüşçüləri Qəddafi silahlıları ilə Bəni Valid şəhərinin təslim olması ilə bağlı razılıq əldə ediblər. SİA Reyter agentliyinə istinad edərək bildirir ki, MKŞ düyüşçüləri artıq heç bir müdaxilə olmadan həmin şəhərə daxil olmağa hazırlaşır.
Xatırladaq ki, hər iki qarşı tərəf bir neçə gün idi ki, ümumi razılığa gələ bilmirdilər. Eyni zamanda Sky News televiziyası pokovnik Qəddafinin məhz bu şəhərdə gizləndiyini iddia edirdi. Ancaq digər xəbərlərə görə, onun Siirtdə gizləndiyi barədə xəbərlər dolaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə