Rusiyada MIQ-31 qırıcı təyyarə qəzaya uğrayıb

Rusiyada MIQ-31 qırıcı təyyarə qəzaya uğrayıb
SİA Rusiyanın RİA Novosti saytına istinadən xəbər verir ki, bu ölkənin hərbi hava qüvvələrinə məxsus MİQ-31 qırıcı təyyarəsi Perm diyarında qəzaya uğrayıb. Qəza nəticəsində iki pilot həlak olub. Pilotların ölümünü Rusiyanın müdafiə nazirliyi də təsdiqləyib. Onların cəsədlərinin axtarışı çox çəkməyib. Belə ki, qəza baş verən andan qısa müddət sonra polkovnik Stolpyanski və mayor Qorbaçovun cəsədləri yaxınlıqdakı ərazidə tapılıb. Bolşoye Savino aedromundan havaya qalxan təyyarə 4 dəqiqə sonra radar ekranlarından itib. Təyyarənin qalıqları aerodromdan 11 km aralıqda yerləşən Bolqarı kəndi yaxınlığında aşkar edilib.
Rusiya hərbi dairələrindən xəbər verilir ki, bu Permdə baş verən ikinci qəzadır. Belə ki, 2010-cu il noyabrın 19-da Savino aerodromundan havaya qalxan MİQ-31 təyyarəsi 60 km aralıda yerə çırpılmışdı. Lakin həmin vaxt hər iki pilot katapult sistemindən istifadə edərək. sağ qala bilmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə