NATO-nun Liviyadakı əməliyyatları tezliklə başa çatacaq

NATO-nun Liviyadakı əməliyyatları tezliklə başa çatacaq
Şimali Atlantika Alyansının Liviyadakı əməliyyatları tezliklə başa çatacaq. SİA Lenta.ru-ya istinadən xəbər verir ki, NATO-nun baş katibi Anders Foq Rasmussen bu gün açıqlama ilə çıxış edib. O qeyd edib ki, Alyansın Liviyada qalma müddəti nə qədər lazımdırsa, o qədər də olacaq və bir dəqiqə də artıq Liviyada qalmaq fikirləri yoxdur. "Əgər biz görsək ki, mülki vətəndaşları təhlükə gözləmir məhz bu zaman əməliyyatları dayandıracağıq. Mən bilmirəm bu nə vaxt olacaq, amma tezliklə hər şeyin həll ediləcəyinə inanıram", - deyə NATO-nun baş katibi vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə