Ukraynanın xarici işlər nazirliyi xarici KİV-in yaydığı informasiyaları araşdırır. Həmin informasiyalarda bildirilir ki, Liviyada 19 nəfər ukraynalı tutularaq saxlanılıb. SİA İTAR-TASS-a istinadən xəbər verir ki, Liviyanını Müvəqqəti Keçid Şurası tərəfindən həbs edilən Ukrayna vətəndaşları Qəddafi gücləri ilə əməkdaşlıqda günahlandırılırlar.
Ukraynalılar artıq bir neçə gündür ki, Tripolidə yerləşən təlim mərkəzlərinin birində saxlanılırlar. Lakin ukraynalılar irəli sürülən ittihamlarla qətiyyən razılaşmadıqlarını bildirərək, deyirlər ki, onların vəzifələri aşpazlıqdan və neftçilikdən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB